Böyükağa Hacıyev: Şanslar bərabərdir
""Metallist"lə oyunda məğlub olduğumuzdan bu matçda mütləq qələbə qazanmalı idik. Futbolçuları "Poloniya" ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlamışdıq”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. O, “Poloniya” üzərində 3:1 hesabı ilə qalib gəldikləri matçda barədə açıqlama verərkən qeyd edib ki, rəhbərlik etdiyi komanda növbəti mərhələyə çıxmaq şansını saxlayır:

“Gördünüz ki, bu matçda da gənclərə şans verdik. Qarşıdakı oyunlarda da onların xidmətindən yararlanacağıq. Hal-hazırda qrupumuzda bütün komandaların 3 xalı var. Şanslar bərabərdir. Çalışacağıq ki, növbəti oyunda da qələbə qazanıb finala vəsiqə qazanaq”.

Xəbər 1017 dəfə oxundu.