“Krasnodar” – “Qəbələ” oyununu polşalı hakimlər briqadası idarə edəcək
Oktyabrın 1-də futbol üzrə Avropa Liqası yarışlarının qrup mərhələsinin ikinci turunda keçiriləcək

“Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) oyununun hakimləri müəyyənləşib.

Görüşü polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Marçin Borski olacaq. Ona həmyerliləri Rafal Rostkovski və Marçin Bonek kömək edəcəklər. Qarşılaşmada əlavə köməkçi hakim funksiyasını isə Daniel Stefanski və Tomaş Vayda yerinə yetirəcəklər. Dördüncü hakim isə Krjiştof Mirmus olacaq.

Matçın hakim-inspektoru Elmir Pilav (Bosniya və Herseqovina), UEFA nümayəndəsi isə belaruslu Sergey İliçdir.

“Krasnodar” – “Qəbələ” oyunu saat 00:05-də Krasnodar şəhərinin “Kuban” stadionunda başlayacaq.

Xəbər 664 dəfə oxundu.