Rusiya qrossmeysteri Pyotr Svidler şahmat üzrə Dünya Kubokunun birinci finalçısı olub
Bakıda şahmat üzrə Dünya Kuboku yarışlarının həlledici mərhələsi keçirilir.

Rusiya təmsilçisi Sergey Karyakin və Ukrayna şahmatçısı Pavel Elyanov Dünya Kubokunun yarımfinal matçının ilk iki partiyasını heç-heçə oynayıblar. Rəqiblər klassik nəzarət vaxtı rejimində ilk partiyada 77 gediş ediblər. Bugünkü partiyada isə ancaq 14-cü gedişdə heç-heçə qeydə alınıb.

Rusiyanın ikinci təmsilçisi Pyotr Svidler isə artıq finala vəsiqə qazanıb. Sankt-Peterburqdan olan şahmatçı yarımfinalda 1,5:0,5 hesabı ilə Hollandiya təmsilçisi Aniş Giriyə qalib gələrək, Dünya Kubokunun birinci finalçısı olub.

S.Karyakin-P.Elyanov matçının taleyi və finala vəsiqə məsələsi sentyabrın 29-da qısaldılmış nəzarət vaxtı rejimində əlavə partiyalarda həll ediləcək. Əvvəlcə, iki partiya “sürətli şahmat” oynanılacaq. Qalib müəyyən olunmasa, “blits”, “superblits” və “armegeddon” oynanılacaq.

Dünya Kubokunun qalibi və finalçısı iddiaçıların dünya çempionu adı uğrunda turnirinə vəsiqə qazanacaqlar.

Dünya Kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib 96 min dollar, finalçı 64 min dollar qazanacaq.

Xəbər 657 dəfə oxundu.