Karate və daha 4 idman növünün "Tokio-2020"nin proqramına salınması tövsiyə olunub
2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (İOC) 5 idman növü tövsiyə olunub. Belə tövsiyə ilə "Tokio-2020"nin Təşkilat Komitəsi çıxış edib.

Təşkilatçılar beysbol/softbol, karate, sörfinq, qayayadırmanma və skeytbordinqdə ümumilikdə 18 dəst medal uğrunda medal planlaşdırıblar. Müvafiq federasiyalar olimpiada proqramına salınmağa namizəd növləri avqustda Tokioda təqdim ediblər. Həmin vaxt skvoş, uşu və boulinqin də təqdimatı olub.

"Tokio-2020"dən bildirilib ki, yeni növlər xüsusən gənclər arasında populyar olmalı, habelə biznes-model nəzərə alınmalıdır.

Beysbol/softbol 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının proqramında yer alsa da, sonradan olimpiada proqramından çıxarılıb.

Qeyd edək ki, yekun qərar İOC-un 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək sessiyasında veriləcək. Tokio olimpiadası isə 2020-ci il iyulun 24-dək avqustun 9-dək təşkil olunacaq.

Xəbər 663 dəfə oxundu.