“Qarabağ” və “Qəbələ”nin oyunlarının hakimləri bəlli oldu
Avropa Liqasının II turunun oyunlarına təyinatlar açıqlanıb. Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ”nin qarşılaşmalarının ədalət təmsilçiləri də bəlli olub.

Bakıda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin görüşünü avstriyalı hakimlər briqadası idarə edəcək. “Qəbələ”nin Rusiyada “Krasnodar”la görüşü isə polşalılara tapşırılıb.

Avropa Liqası
Qrup mərhələsi
II tur
1 oktyabr

J qrupu

22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika)
Baş hakim: Oliver Draxta
Baş hakimin köməkçiləri: Roland Brandner, Ştefan Kuehr
Əlavə köməkçi hakimlər: Manuel Şuettenqruber, Diter Mukenhammer
Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)
Hakim-inspektor Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)
Bakı. T.Bəhramov adına Respublika stadionu

C qrupu

00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Marçin Borski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, Marçin Bonek
Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda
Dördüncü hakim: Krjiştof Mirmus (hamısı Polşa)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Krasnodar. “Kuban” stadionu

Xəbər 690 dəfə oxundu.