"Rəvan" Moskvaya yollanır
UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən “Rəvan” PFK bu gün Moskvaya səfər edəcək.

İdman.com.az klubun saytına istinadən xəbər verir ki, qitə miqyaslı turnirin I mərhələsinin ilk oyunu çərçivəsində Rusiyanın “Spartak” klubu ilə qarşılaşacaq “aslanlar” saat 20:00-da Heydər Əliyev adına Hava Limanından yola düşəcəklər.

Moskvada “Holiday İnn” otelində məskunlaşacaq komanda sabah oyunun keçiləcəyi “Spartak” stadionunun IV meydançasında məşq edəcək.

Qeyd edək ki, “Spartak” – “Rəvan” matçı sentyabrın 30-da Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. I mərhələnin cavab oyunu isə oktyabrın 21-də “Dalğa Arena” stadionunda keçiriləcək.


UEFA Gənclər Liqası
I mərhələ, ilk oyun
30 sentyabr

17:00 “Spartak” (Moskva, Rusiya) – “Rəvan” (Bakı, Azərbaycan)
Baş hakim: Eyko Saar
Baş hakimin köməkçiləri: Silver Koiv, Aron Harsinq (hamlsı Estoniya)
Dördüncü hakim: Yevgeni Turbin (Rusiya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Moskva. “Spartak” stadionu. IV meydança

Xəbər 691 dəfə oxundu.