Azərbaycan Premyer Liqasında ilk böyük hesablı qələbə qeydə alınıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk böyükhesablı nəticəsi qeydə alınıb. VI turun “Rəvan”la səfər qarşılaşmasında 3 cavabsız qol vuran “Qəbələ” mövsümün ilkini gerçəkləşdirib.

Əvvəlki 5 turun 25 oyununda böyük hesaba təsadüf olunmayıb. Digər tərəfdən, ölkə çempionatları tarixində heç vaxt belə nəticə bu qədər gec qeydə alınmayıb. Əvvəlki 23 mövsümün 19-da 1-ci, 3-də isə 2-ci turda ən azı bir qarşılaşma 3 və daha çox top fərqi ilə başa çatıb. Bir dəfə isə ilk böyük hesab 3-cü turda olub. Cari mövsüm isə belə nəticəyə ən gec təsadüf olunan çempionatdır.

Ümumilikdə isə əvvəlki 23 çempionatda 761 böyük hesaba rast gəlinib. “Qəbələ” 19-cu dəfə belə qalib gəlibsə, “Rəvan” 12-ci dəfə 3 və ya daha çox top fərqilə uduzub.
Ölkə çempionatlarında hamıdan çox – 116 böyükhesablı qələbə “Neftçi” əldə edib. “Kəpəz” 91, “Qarabağ” 84 dəfə bunu bacarıb. MOİK isə hamıdan çox - 52 dəfə ağır məğlubiyyət alıbsa, “Şahdağ” (Qusar) 45, “Turan” 44 belə yenilgi alıb.

"Report"

Xəbər 708 dəfə oxundu.