“Qəbələ” komandası “Krasnodar”la oyunun hazırlığına başlayır
“Qəbələ” komandasının üzvləri bu gün məşq etmək üçün paytaxtda bir araya gələcəklər.

Bugünkü axşam məşqi ilə “Qəbələ” UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin ikinci turunun “Krasnodar”la (Rusiya) oyunun hazırlığına start verəcək.

Roman Qriqorçukun yetirmələrinin Bakıda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq komandamız oyundan əvvəlki məşqini matçın keçiriləcəyi “Kuban” stadionunda edəcək.

“Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 1-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər 656 dəfə oxundu.