Bakıda Dünya Kubokunun ilk yarımfinal partiyaları oynanılır
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun həlledici mərhələsi başlayıb.

Bu gün yarımfinal partiyaları oynanılır. Yarımfinala Rusiya qrossmeysterləri Sergey Karyakin, Pyotr Svidler, Ukrayna şahmatçısı Pavel Elyanov və Hollandiya təmsilçisi Aniş Giri çıxıblar.

S.Karyakin qısadılmış nəzarət vaxtı rejimində iki partiyadan ibarət tay-breyk oyununda yarışların ev sahibi Şəhriyar Məmmədyarova qalib gəlib-(3:1). Pyotr Svidler isə “əlavə vaxt” zamanı çinli şahmatçı Vey İdən güclü olub-(2,5:1,5).

Xatırladaq ki, bir gün əvvəl P.Elyanov və A. Giri yarımfinala çıxıblar. P.Elyanov 1,5:0,5 hesabı ilə Hikaru Nakamuraya (ABŞ), A.Giri isə elə həmin hesabla Maksim Vaşye-Laqrava (Fransa) qalib gəliblər.

Finala çıxmaq və dünya çempionuna iddiaçıların matçında iştirak etmək uğrunda mübarizədə S.Karyakinin rəqibi P. Elyanov, P.Svidlerin rəqibi A.Giri olacaq.

Xəbər 648 dəfə oxundu.