Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib
Belçika və Niderlandda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi start götürüb.

Azərbaycan millisinin yer aldığı qrupun oyunları Belçikanın Antverpen şəhərində keçirilir.

Turnirdə milli komandamız ilk görüşünü Türkiyə voleybolçularına qarşı keçirib. Antpervendəki "Lotto Arena"da keçirilən oyun Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş məşqçi Faiq Qarayevin yetirmələri növbəti oyununu Belçika yığmasına qarşı keçirəcək.

Xəbər 641 dəfə oxundu.