Şəhriyar Məmmədyarov Sergey Karyakinlə tay-breyk oynayacaq
Sentyabrın 24-də şahmat üzrə Dünya Kubokunun dörddəbir finalının cavab partiyaları oynanılıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb. Mikro-matçda hesab bərabərdir - 1:1. Odur ki, Şəhriyar Məmmədyarov və Sergey Karyakin tay-breyk oynayacaqlar.

Dünya Kubokunun beşinci dövrəsinin iki partiyası nəticə ilə başa çatıb. Ukraynalı Pavel Elyanov 1,5:0,5 hesabı ilə amerikalı Hikaru Nakamuraya qalib gəlib, hollandiyalı Aniş Qiri də eyni hesabla fransız Maksim Vaşye-Laqravı məğlub edib. Hər iki şahmatçı yarımfinala çıxıb. Rusiyalı qrossmeyster Pyotr Svidler və çinli Vey İ arasında qarşılaşma isə heç-heçə (1:1) başa çatıb. Sabah onlar tay-breyk oynamalıdırlar.

Xəbər 657 dəfə oxundu.