Pauerliftinq üzrə Azərbaycan çempionatında 100-dən çox idmançı qüvvəsini sınayacaq
Sentyabrın 26-27-də AAAF Park yaşayış kompleksinin əsas yarış zalında pauerliftinq üzrə Azərbaycan çempionatı keçiriləcək.

Turnirdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaq.

“Zirvə” Beynəlxalq İdman Klubu və AAAF Park yaşayış kompleksinin bu idman növünə təşkilatı dəstək verməsi artıq ənənə halını alıb. Üç ildir ki, pauerliftinq üzrə Azərbaycan çempionatı məhz bu kompleksdə keçirilir.

Xəbər 807 dəfə oxundu.