Şahmat üzrə Dünya Kubokunun bütün yarımfinalçıları müəyyənləşib
Bakıda şahmat üzrə Dünya Kubokunun son iki yarımfinalçısı da müəyyən olunub.

Şahmat üzrə Dünya Kubokunun 1/4 finalının tay-breyk partiyası başa çatıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinə məğlub olub. Qarşılaşma 4:2 hesabı ilə rusiyalı şahmatçının xeyrinə başa çatıb.

S.Karyakin yarımfinalda ukraynalı qrossmeyster Pavel Elyanovla oynayacaq.

Dünya Kubokunun beşinci dövrəsinin tay-breykində rusiyalı Pyotr Svidler çinli Vey İyə 3,5:2,5 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Yarımfinalda onun rəqibi hollandiyalı Aniş Qiri olacaq.

Yarımfinal oyunları sentyabrın 27-də başlayacaq.

Xəbər 649 dəfə oxundu.