Azərbaycan və İtaliya milli komandalarının oyununa bilet satışı davam edir
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan və İtaliya yığmalarının oyununa bilet satışı davam edir.

Biletləri “Bakcell Arena”nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür.

Biletlərin qiyməti 1, 2, 4 və 50 manatdır.

Satış nöqtələrindən 100 manata individual “Skybox” biletləri də əldə etmək olar.

AZƏRTAC

Xəbər 844 dəfə oxundu.