Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kubokunun 1/4 finalının birinci matçını heç-heçə başa vurub
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 finalının birinci matçını heç-heçə oynayıb.

Ağ fiqurlarla oynayan Ş.Məmmədyarov çərşənbə günü dörddəbir finalın birinci partiyasında rusiyalı Sergey Karyakinlə “sülh bağlayıb”.

Bu mərhələdə ukraynalı Pavel Elyanov və amerikalı Hikaru Nakamura arasında keçirilən görüşdə qara fiqurlarla oynayan ukraynalı qalib gəlib. Pyotr Svidler (Rusiya) – Vey İ (Çin) və Maksim Vaşye-Laqrav (Fransa) – Aniş Qiri (Niderland) qarşılaşmaları heç-heçə başa çatıb.

Dünya kubokunun qalibi və finalçı çempion adı uğrunda matçda iştirak etmək üçün iddiaçıların turnirinə vəsiqə qazanacaqlar.

Xəbər 628 dəfə oxundu.