“Sumqayıt”dan iki yeni transfer
“Sumqayıt” heyətini gücləndirməyə hazırlaşır. Klubdan verilən məlumata görə, bir müddətdi baxışda olan iki futbolçu məşqçilər korpusu tərəfindən bəyənilib.

Söhbət yarımmüdafiəçi Mirzağa Hüseynpur və hücumçu Amil Yunanovdan gedir. Hər iki futbolçuya artıq müqavilə də təklif edilib. Tərəflər arasında razılıq əldə olunsa, Yunanovla Hüseynpur “gənclik şəhəri” təmsilçisi ilə 2 illik müqavilə bağlayacaq.

Bundan başqa, Topaz Premyer Liqasının III turunda “Neftçi” ilə matçdan sonra əvəzedici komandaya göndərilən Emin Mehdiyev və Uğur Pamuk yenidən əsas heyətə cəlb edilib. Onlardan fərqli Elnur Abdulov hələ də əvəzedici heyətdə saxlanılıb.

Qeyd edək ki, Amil Yunanov ötən mövsüm “Rəvan”da, Mirzağa Hüseynpur isə “Simurq”da çıxış edib.

Xəbər 683 dəfə oxundu.