Azərbaycan kikboksçuları dünya kuboku yarışlarında mübarizə aparacaqlar
Azərbaycan idmançıları Rusiyanın Anapa şəhərində keçiriləcək kikboksinq üzrə dünya kuboku yarışlarında iştirak edəcəklər.

Dünya kuboku yarışlarında Avropa və Afrikanın 25 ölkəsindən 1000-dən çox idmançı mübarizə aparacaqdır.

Anapada Azərbaycanın idman şərəfini 7 kikboksçu qoruyacaq. Gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidovun rəhbərliyi ilə Çingiz Əhmədzadə, Anar Məmmədov (hər ikisi - 51 kq), Ramiz Məmmədov (57 kq), Şikar Bədəlov (81 kq), Tapdıq Yusubov (86 kq), Orxan Məlikov (91 kq), Vüqar Cavadov (hər ikisi - 91 kq) mübarizə aparacaq.

WAKO kikboksinqi üzrə dünya kuboku sentyabrın 22-dən 28-dək layt-kontakt, lou-kik, K-1, semi-kontakt, kik-layt, full-kontakt və digər bölmələrdə keçiriləcək.

Qeyd edək ki, yarışın sonuncu günü Ramiz Məmmədov çeçen idmançısı Buvaysar Pasxaevə qarşı peşəkar rinqə çıxacaq.

Xəbər 763 dəfə oxundu.