Debütant “Turan”ın qolçusunu heyətə qatdı
“Rəvan” növbəti transferini gerçəkləşdirib. İdman.com.az saytının məlumatına görə, Unibank Premyer Liqasının debütantı serb Nemanya Vidakoviç və AzAL-ın qapısıçı Amil Ağacanovun ardınca, heyətinə daha bir əcnəbi qatıb. Belə ki, Bakı təmsilçisi “Turan”ın qolçu futbolçusu Sergey Artyuxla anlaşıb.

Xəbər 864 dəfə oxundu.