Stolüstü tennisçilərimiz Avropa çempionatına yola düşüb
Sentyabr ayının 24- də Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının 6 nəfər üzvü ( 3 oğlan və 3 qız ) baş məşqçilər L.Kuxarski və A. Zudovun rəhbərliyi ilə 25 sentyabr – 4 oktyabr tarixlərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində keçiriləcək Avropa çempionatına yola düşüb.İdman tədbiri komanda , şəxsi və qoşa dərəcələrdə təşkil olunacaq. Oğlan idmançılarımız III divizionda , qız idmançılarımız isə II divizionda çıxış edəcəklər. Qeyd etmək lazımdır ki , Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Zaur Mikayılov və Könül Mikayılova ilk dəfə olaraq qitə çempionatında hakimlik edəcəklər.

Xəbər 683 dəfə oxundu.