Rio-2016 London və Pekin Olimpiadalarından geri qalacaq
2016-cı ildə Braziliyada keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarının açılış mərasiminə böyük məbləğdə pullar xərclənməyəcək.Bu barədə Olimpiadanın Təşkilat Komitəsinin rəhbərlərindən olan Leonardu Kaetano məlumat verib.

O bildirib ki, iqtisadi böhran olduğu bir vaxtda Oyunların açılış mərasimini gözlənilən kimi möhtəşəm etmək mümkün deyil: “Biz həddindən artıq əliaçıq deyil, orijinal olacağıq. Az pul xərcləyəcəyik, amma yaradıcılıq, ritm və emosiyaları özündə birləşdirən açılış mərasimi edəcəyik”.

Rio-2016-nın ümumi dəyəri təxminən 12 milyard dollar göstərilir. Bu, London Olimpiadasına xərclənən məbləğdən bir qədər, Pekin Olimpiadasına sərf olunan puldan isə qat-qat azdı.

Qeyd edək ki, Rio-2016-ya Azərbaycan millisi artıq 19 lisenziya qazanıb.

Xəbər 727 dəfə oxundu.