FİFA Anqola klubunu Rivaldoya borclu olduğu üçün 6 xaldan məhrum edib
Anqolanın "Kabuşkorp" klubu sabiq futbolçusu Rivaldoya borcu ilə əlaqədar 6 xalından məhrum olub. Bu barədə FİFA qərar verib.

Rivaldo Anqola klubunun ona 750 min dollar borclu olduğunu bildirib. FİFA isə "Kabuşkorp"un bu məbləğdən əlavə, 23 min avro cərimə ödəməsi barədə qərar qəbul edib. Hər iki məbləğ ödənilməsə, klub yüksək liqadan da kənarlaşdırıla bilər.
Qeyd edək ki, 1999-cu ilin "Qızıl top" sahibi "Kabuşkorp"da 2012-ci ildə çıxış edib. O, 40 yaşında ikən 21 oyuna 11 qol vurub. Veteran futbolçu karyerasını ötən ay Braziliyanın "Moji Mirim" klubunda başa vurub. Rivaldo hazırda B Seriyasında çıxış edən bu klubun prezidentidir.

Xəbər 746 dəfə oxundu.