AFFA Slovakiya Futbol Federasiyasına və UEFA-ya etirazını bildirib
AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib. Səbəb futzal üzrə Azərbaycan milli komandasının futbolçusunun aşağılanmasıdır.

Avropa çempionatının play-off mərhələsində iki komanda arasında Trnavada keçirilmiş cavab oyununun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası əksini tapıb. Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.
Q
eyd edək ki, Slovakiya - Azərbaycan matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. İlk matçda Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəldiyi üçün 2016-cı ildə Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib.

Xəbər 728 dəfə oxundu.