​Bu gün Emin Ağayevin klubu Rusiya Kubokunda "Zenit"lə qarşılaşacaq
Bu gün futbol üzrə Rusiya Kubokunun 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.
Azərbaycanın sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu Tver "Volqa"sı öz meydanında Rusiya çempionu "Zenit"i qəbul edəcək.

Digər oyunlarda Rusiya Kubokunun hazırki sahibi "Lokomotiv" "Torpedo"nun (Krasnodar), ötənilki turnirin finalçısı "Kuban" isə "Şinnik"in qonağı olacaq. Həmçinin Moskva "Spartak"ı Nijni Novqorod "Volqa"sı, "Rubin" "SKA-Energi" və MOİK "Baykal" ilə qarşılaşacaq.

Qeyd edək ki, 42 yaşlı azərbaycanlı mütəxəssisin baş məşqçisi olduğu "Volqa" hazırda Rusiya çempionatının II divizionunda çıxış edir.

Xəbər 791 dəfə oxundu.