İdmançımız dünya çempionu oldu
İranın paytaxtı Tehranda Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə “ShitoRyu Shikokay Union” üslubunda kişilər arasında keçirilən 7-cü dünya çempionatı başa çatıb.

Azərbaycan karateçilərinin uğurla çıxış etdiyi turnirdə "Əlincə"ni təmsil edən karateçi Məhəmməd Xamoyev də iştirak edib. 11-13 yaşlı oğlanlar arasında (33 kq) keçirilən yarışlarda bütün rəqiblərinə qalib gələn Xamoyev dünya çempionu adına layiq görülüb.

Xəbər 681 dəfə oxundu.