​Futzal üzrə Azərbaycan millisi bu gün Slovakiya ilə cavab oyununu keçirəcək
Bu gün Azərbaycanın futzal üzrə milli komandası 2016-cı il Avropa çempionatının "pley-off" mərhələsində cavab oyununu keçirəcək. Tino Peresin baş məşqçi olduğu komanda Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bakı vaxtı ilə saat 22:00-da başlanacaq qarşılaşma Slovakiyanın Trnava şəhərində yerləşən "Mestska Sportova Hala"da keçiriləcək. Matçın hakimləri finlandiyalı Timo Onatsu və Toni Lehtinen olacaq. Ötən həftə Bakıda keçirilmiş ilk görüşdə Azərbaycan yığması 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cütlüyün qalibi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 916 dəfə oxundu.