Azərbaycan dueti idman rəqsləri üzrə dünya çempionatında iştirak edəcək
Oktyabrın 10-11-də Moldovanın paytaxtı Kişineuda “Standard” Avropa proqramı çərçivəsində idman bal rəqsləri həvəskarları arasında dünya çempionatı keçiriləcək.

Raul İsgəndərov – Kristina Qolubkina Azərbaycan rəqs dueti idman rəqsləri üzrə növbəti dünya çempionatında çıxış edəcək. Çempionatın iştirakçıları 10 rəqsdən ibarət kombinasiyada yarışacaqlar.

Kişineuya dünyanın 30-dan çox ölkəsinin, o cümlədən Azərbaycan, Belarus, Yaponiya, Avstraliya, ABŞ, Finlandiya, Avstriya və başqa dövlətlərin nümayəndələri gələcək. 60-dan çox rəqs cütlüyü öz ustalığını nümayiş etdirəcək.

Xatırladaq ki, Raul İsgəndərov – Kristina Qolubkina cütlüyü “Olimp” rəqs klubunun heyətində çıxış edir. Onların məşqçiləri Aleksandr Muretov və Elen Nağıyevadır.

Xəbər 787 dəfə oxundu.