“Neftçi” futbol klubu braziliyalı müdafiəçi ilə müqavilə bağlayıb
Bakının “Neftçi” futbol klubu müdafiəçi Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb.

Anlaşmaya əsasən braziliyalı futbolçu ilin sonunadək komandamızın şərəfini qoruyacaq. Filyo “Neftçi”də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bu vaxtadək ölkəsində “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.

AZƏRTAC

Xəbər 661 dəfə oxundu.