Azərbaycan şahmatçısı Aydan Höcətova “Çiqorin memorialı” beynəlxalq şahmat festivalında çıxış edəcək
Oktyabrın 22-də Sankt-Peterburqda XXII “Mixail Çiqorin memorialı” açıq beynəlxalq şahmat festivalı start götürəcək.

Bu ənənəvi şahmat turnirinin əsas yarışı klassik şahmat üzrə Rusiya Kuboku mərhələsidir.

Beynəlxalq turnirdə Azərbaycanı FİDE ustası, 16 yaşlı Aydan Höcətova (2315) təmsil edəcək.

Yarışların ilk günündə blits-turnir keçiriləcək, sonra isə əsas turnir başlanacaq. Şahmat festivalının əsas turniri klassik şahmat üzrə Rusiya Kuboku mərhələsidir. Bu turnirdə 271 oyunçu, o cümlədən 27 qrossmeyster iştirak edəcək.

Qaliblər oktyabrın 11-də elan ediləcək.

Xəbər 667 dəfə oxundu.