Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü
2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri ölkəmizə səfər ediblər. Bu gün futbol federasiyasının inzibati binasında baş katib Elxan Məmmədov U-17 Avropa çempionatının tədbir rəhbəri Kristof VonVattenvil, turnirin layihə rəhbəri Pierpaskal Laratonda, AÇ-nin tədbir koordinatoru Kristin Hyusman və U-17 Avropa çempionatının yarışlar koordinatoru Sandra Selanla görüşüb, turnirə hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində UEFA nümayəndələri Avopa çempionatının infrastruktur, otel və digər məsələlər üzrə hazırlıq işləri ilə tanış olacaqlar.

Xəbər 910 dəfə oxundu.