Xorvatiya millisinin yeni baş məşqçisi məlum oldu
Niko Kovaçın istefasından sonra bu vəzifəyə Ante Kaçiç təyin olunub. Onunla üçillik müqavilə imzalanıb.

A.Kaçiç 2003-2006-cı illərdə Liviya millisində köməkçi məşqçi kimi çalışıb. O, Xorvatiyanın U-21 yığmasında da məşqçi işləyib.

Altımış bir yaşlı mütəxəssisin son klubu “Lokomotiv” (Zaqreb) olub.

Xəbər 675 dəfə oxundu.