Gənc basketbolçumuz Avropa çempionatında U-18 ulduzlarının heyətində çıxış edib
Fransanın Lill şəhərində basketbol üzrə Avropa çempionatında U-18 ulduzlarının oyunu keçirilib.

Kişilərdən ibarət komandalar arasında keçirilən oyunda Azərbaycan basketbolunun yetirməsi Endər

Poladxanlı da iştirak edib. Ulduzlar şərti olaraq “qara” və “qırmızı” formalı komandalara bölünüblər.

Görüşdə “qırmızı” komanda 87-82 hesabı ilə “qaralar”dan üstün olub. “Qaralar”ın heyətində çıxış edən E.Poladxanlı dörd xal, dörd ribaund və iki ötürmə ilə yadda qalıb.

Xəbər 808 dəfə oxundu.