Şəhriyar Məmmədyarov Dünya Kubokunun dörddəbir final mərhələsinə yüksəlib | |
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov amerikalı Fabiano Karuanaya qalib gələrək şahmat üzrə Dünya Kubokunun dörddəbir finalına yüksəlib. Ş.Məmmədyarov sentyabrın 21-də qara fiqurlarla heç-heçə oynayıb, bir gün əvvəl isə ağ fiqurlarla amerikalı rəqibini məğlubiyyətə uğradıb. Şahmatçılar bugünkü görüşdə 40-cı gedişdən sonra heç-heçə ilə razılaşıblar. Dünya Kuboku yarışlarının dördüncü dövrəsinin iki partiyasından sonra nəticələr belədir: Hikaru Nakamura (ABŞ) Maykl Adamsa (Böyük Britaniya) qalib gəlib. Rusiya şahmatçıları Dmitri Andreykin ilə Sergey Karyakinin, Aniş Giri (Niderland) ilə Radoslav Voytaşekin (Polşa) görüşləri heç-heçə başa çatıb: 1:1. Bu şahmatçılar sabah tay-breyk oyunlarında güclərini sınayacaqlar. Turnir nokaut sistem üzrə keçirilir. Həlledici oyundan başqa hər bir görüş iki klassik partiyadan ibarətdir. Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. |
|
Xəbər 641 dəfə oxundu. |
|
|