“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin I Avropa Oyunlarının keçirilməsini təmin etmiş əməkdaşlarının “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə və I Avropa Oyunlarının təşkilində səmərəli fəaliyyətlərinə görə “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları “Dostluq” ordeni ilə təltif edilsinlər:

Adrian Korkoran

Bredli Kenvorzi

Ceyms Hedli

Ceyms Makleod

Ceyn Makmenamin

Daqlas Arnot

Dayan Bernşteyn

Dimitris Papaioannou

Donna Teylor

Ketrin Uqvu

Qevin MakAlpayn

Maykl Loynd

Neil Karni

Panayotis Protopsaltis

Pirs O’Kallahan

Piter Eşvin

Pol Foster

Robert Klark

Saymon Kleq

Skot Givens

Şeron MakMaykl



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2015-ci il.

Xəbər 1280 dəfə oxundu.