“Rabitə”nin boksçuları fərqləndilər
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. İdman.com.az saytının xəbərinə görə, yarışda 45 komandanın 226 idmançısı mübarizə aparıb. 13 çəki dərəcəsi üzrə keçirilən yarışda “Rabitə” idman cəmiyyətinin nümayəndələri ümumkomanda hesabında 1-ci yeri tutublar.

“Rabitə” təmsilçilərindən Elnur Şəfizadə (48 kq), Məsud Yusifzadə (52 kq), Orxan Əliyev (54 kq), Şamil İbrahimzadə (57 kq), Ramin Haciyev (66 kq), Şamil Əliyev (70 kq) və Nicat Sadıqov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər çəki dərəcələrində Xəyyam Məmmədov (Neftçi – 46 kq), Tayfur Əliyev (Naxçıvan – 50 kq), Cavid Quliyev (Neftçi – 60 kq), Sirac Süleymanov (Qızıl Əlcək – 63 kq), Orxan Əliyev (Qızıl Əlcək – 80 kq) və Nicat Muradlı (Cəlilabad – 80+kq) respublika birinciliyinin qalibi olublar.

Ümumkomanda hesabında böyüklərin ölkə çempionatında olduğu kimi yenə də “Rabitə”dən sonra “Neftçi” İSM 2-ci, “Qızıl Əlcək” klubu isə 3-cü yeri tutub.
Qeyd edək ki, qaliblər bu ilin iyununda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaqlar.

Xəbər 1051 dəfə oxundu.