Robert Prosineçki: "Milli üzvlərinin hamısının yaxşı formada olmasını istəyirəm"
"Biz bu oyunda meydanda mübarizə gördük. Mübarizə var idi, amma keyfiyyət yox”.


Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 5-ci turunda keçirilən "Neftçi" - "Xəzər Lənkəran" matçı (1:1) haqda danışarkən deyib.

Oyunu stadiondan canlı izləyən xorvatiyalı mütəxəssis hər iki komandanın heyətində kapitanları fərqləndirib: "Rahid Əmirquliyev həmişəki kimi əla oynadı. Mübarizə apardı, əlindən gələni edirdi. O, peşəkar futbolçudur. Araz Abdullayev da pis rəsir bağışlamadı. Milli üzvlərinin hamısının yaxşı formada olmasını istəyirəm. Çünki bizi oktyabrın 10-da çox vacib oyun gözləyir”.

Xəbər 680 dəfə oxundu.