Adrian Skarlatake: "Hakimlər bizə qarşı sərt davranır"
"Neftçi" yaxşı komandadır. Onlara qarşı oyunlarımız hər zaman çətin mübarizə şəraitində keçir. 10 nəfərlə qaldığımız oyundan bir xalla ayrılmaq pis nəticə deyil". Bu sözləri "Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatake Premyer Liqanın 5-ci turunda "Neftçi" ilə 1:1 bərabərə qaldıqları oyun haqda danışarkən deyib.

Matçın 56-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan rumıniyalı fubolçu komanda yoldaşlarından üzr istəyib: "İlk öncə komanda yoldaşlarımdan üzr istəyirəm. Çünki belə ağır matçda onları çətin vəziyyətdə qoydum.

Hakim ikinci sarı vərəqəni verməkdə tələsdi. Düzdür, həmin epizodda qayda pozuntusu var idi. Amma hakim ikinci vərəqəni göstərməyə də bilərdi. Ümumiyyətlə, son matçlarda hakimlər bizə qarşı sərt davranır və güzəştə getmirlər. Belə bir oyunda komandamızın 10 nəfərlə qalması yaxşı hal deyil. Amma yenə də bütün futbolçularımız əzmkarlıq göstərdilər və 1 xal qazandıq. Onlara təşəkkür edirəm".

Xəbər 812 dəfə oxundu.