"İnter"də yeni transfer
"İnter" heyətinə yeni futbolçu cəlb edib.

Paytaxt klubu albaniyalı futbolçu Emilyano Vila ilə müqavilə imzalayıb.

Razılaşmaya əsasən, hücumameyilli yarımmüdafiəçi altı ay müddətində "İnter"də çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı Vila karyerası ərzində yerli "Teuta", "Dinamo" (Tirana), "Partizani", eləcə də Xorvatiyanın "Dinamo" (Zaqreb), "Lokomotiv" (Zaqreb), həmçinin Yunanıstanın "Pas Yanina" klubunda forma geyinib. Son mövsümdə o, Tirana "Partizani"sində 34 oyuna 4 qol vurub.

Vila həmçinin Albaniya yığmasının aparıcı üzvlərindəndir. O, ölksənin U-17, U-19 və U-21 yığmalarının da şərəfini qoruyub.

Xəbər 715 dəfə oxundu.