“Tottenhem” qapıçı axtarası olmadı
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem”in qapıçısı Uqo Lloris komandasını dəyişmək fikrində deyil. Adı müxtəlif klublarla birgə hallanan fransalı qolkiper London təmsilçisində qalacaq.

Bu barədə Llorisin özü məlumat verib. O bildirib ki, komandasını dəyişmək fikrindən uzaqdı: “Tottenhem”də xoşbəxtəm. Komandamın həm İngiltərə çempionatında, həm də Avrokubokda uğur qazanması üçün əlimdən gələni edirəm. Burda hər şey ürəyimcədi. Bir daha təkrar edirəm, “Tottenhem”dən getmək fikrim yoxdu”.

Qeyd edək ki, “Qarabağ”la Londonda keçirilmiş qarşılaşmada əsas heyətdə yer alan Lloris 2012-ci ildən “Tottenhem”in formasını geyinir.

Xəbər 681 dəfə oxundu.