“Barselona” və “Espanyol” La Liqadan kənarlaşdırılacaq
Kataloniya müstəqilliyini elan edərsə, “Barselona” və “Espanyol” La Liqadan kənarlaşdırılacaq.

Yaxınlarda Kataloniyanın müstəqilliyi ilə bağlı keçiriləcək referendumdan öncə İspaniyanın Əsas İdman Liqasının rəsmiləri açıqlama veriblər. Açıqlamada bildirilib ki, İspaniya La Liqası bölgə klublarından təşkil olunub. Bu bölgələrdən biri İspaniyadan ayrılacağı halda, həmin bölgəni təmsil edən klublar da avtomatik olaraq La Liqadan kənarlaşacaq.

İspaniya hökuməti Kataloniyanın müstəqillik arzılarına qarşıdı və dövlət yetkililəri belə bir şeyin baş verməsinə icazə verməyəcəklərini bildirirlər.

İspaniya mətbuatı isə Neymar, Luis Suares, Messi kimi ulduzların olduğu “Barselona”nın La Liqadan uzaqlaşmasını həm klubun özü, həm də İspaniya çempionatı üçün “intihar etmək” kimi qələmə verirlər.

Xəbər 786 dəfə oxundu.