Gəncədə hesab açıldı - Canlı yayım
Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

Turun görüşləri üç gün ərzində keçiriləcək. İlk oyun günündə iki görüş keçirilib ki, hər iki oyun Bakıda baş tutub.

Cari mövsümdə nəinki qələbə və heç-heçəsi olmayan, heç qol da vura bilməyən AZAL "İnter"i qəbul edib. "Təyyarəçilər" "bankirlər"lə oyunda da xala və qola həsrət qalıb - 0:1.

Premyer Liqanın debütantı "Zirə" isə "Rəvan"la üz-üzə gəlib. Çempionatın sabit maliyyəyə malik klublarından olan "Zirə" "aslanlar"la qarşılaşmada 2:1 hesabıyla qalib gəlib.

Premyer Liqanın digər oyunları bu gün və sabah keçiriləcək.

Bu gün baş tutacaq oyunlardan biri Bakıda, digəri Gəncədə olacaq. Payxatda keçiriləcək oyunda əzəli rəqiblər - "Neftçi" və "Xəzər Lənkəran" üz-üzə gələcək. Hər iki komanda əvvəlki günlərindən çox uzaqdı. "Xəzər Lənkəran"ın ən böyük problemi FİFA-nın qadağasına görə heyətdə oynatmağa futbolçu tapa bilməməsidi.

Gəncədə isə Avroliqa matçından yorğun qayıdan "Qarabağ" "Kəpəz"in qonağı olacaq. "Köhlən atlar" nə qədər yorğun olsalar da, gəncəlilər qarşısında büdrəyəcəkləri elə də inandırıcı görünmür.

Azərbaycan Premyer Liqası, 5-ci tur

19 sentyabr

AZAL - İnter 0:1

Qol: Nizami Hacıyev, 16.

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
Bakı. "Dalğa Arena", 21:00

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 28. Müşfiq Teymurov, 14. İlqar Ələkbərov, 8. Seymur Əsədov (k), 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov, 19. Məhəmməd Bədəlbəyli.

Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 4. Qvanzan Maqomedov, 6. Taqim Novruzov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 20. İsmayıl İbrahimli, 27. Aleksandr Quruli.

Baş məşqçi: Tərlan Əhmədov.

İnter: 79. Giorgi Lomaya (k), 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov.

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Xuan Fransisko, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 88. Abdulla Abatsiyev.

Baş məşqçi: Zaur Svanadze.

Zirə - Rəvan 2:1

Qol: Rəşad Abdullayev, 14-p. Yovan Krnete, 24 - Tural Qürbətov, 63.

Qırmızı vərəqə: Mbah Çimezi, 82.

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə. İdman kompleksinin stadionu, 21:00

Zirə: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 2. Mbah Çimezi, 13. Aleksandr Şemonayev, 32. Luis Alberto Diez, 11. Viktor İqbekoyi, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 9. Nelson Bonilla.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Rihairo, 8. Tərzin Cahangirov, 14. Tellur Mütəllimov, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev.

Baş məşqçi: Adil Şükürov.

Rəvan: 32. Kostyantin Maxnovskiy, 6. Vüqar Bəybalayev, 21. Novruz Məmmədov, 2. Ruslan Tağızadə, 11. Şeriff Suma, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 99. Nicat Muxtarov, 22. Məhəmməd Əliyev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov.

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 24. Elçin İsmayılov, 88. Roini İsmayılov, 8. Məhəmməd Quliyev, 7. Elvin Həsənəliyev, 10. Alibobo Raxmatullayev, 86. Fərid Quliyev.

Baş məşqçi: Emin Quliyev.

20 sentyabr

Kəpəz - Qarabağ 0:1

Qol: Coşqun Diniyev, 38-pen.

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Şəhər stadionu, 16:30

Kəpəz: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev,5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov.

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 77. Ziyabil Məmmədov.

Baş məşqçi: Şahin Diniyev.

Qarabağ: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo, 20. Riçard Almeyda, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov, 90. Samuel Armenteros.

Baş məşqçi: Qurban Qurbanov.

Xəbər 845 dəfə oxundu.