"Qəbələ"nin oyunu "Borussiya"nın futbolçusunu sevindirib | |
Avropa Liqasının qrup mərhələsinin ilk turunda Rusiyanın “Krasnodar” klubunu 2:1 hesabı ilə məğlub edən Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels açıqlama verib. Klubun rəsmi saytına açıqlamasında almaniyalı futbolçu “Qəbələ” – PAOK (0:0) oyunundan da danışıb. O bildirib ki, bu matçın nəticəsi onu sevindirib: “Əlbəttə ki, qrup mərhələsinə qələbə ilə başlamaq istəyirdik. Buna nail olduq. “Qəbələ” və PAOK arasındakı heç-heçə bizi sevindirdi. Çünki onlar hərəsi 1 xal qazandı, biz isə 3 xalla liderik. Bizim üçün əla startdır. Bu mövsüm daha yaxşı oyun göstərməyə çalışacağıq. “Krasnodar” yaxşı oyun göstərdi. Elə 2:1-lik qələbə də bunun göstəricisi idi. Sadəcə son dəqiqələrdə onlara qol vura bildik. Bu, onu göstərir ki, qrupda mübarizə gərgin olacaq”. qafqazinfo.az |
|
Xəbər 733 dəfə oxundu. |
|
|