FİFA-dan “Barselona”ya
“Barselona”nın futbolçusu Rafinyanın zədələnərək mövsümün sonuna kimi sıradan çıxmasından sonra katalonların Arda Turanın xidmətindən istifadə edə biləcəyi haqda söz-söhbət yaranmışdı.

FİFA-nın tətbiq etdiyi qadağaya baxmayaraq, “Barselona”nın yeni transferlərindən birinin - Arda Turanın və ya Aleks Vidalın adını iştirak ərizəsinə sala biləcəyini klubun kommunikasiya üzrə keçmiş direktoru Toni Freyx iddia etmişdi. Freyx bildirmişdi ki, Rafinyanın zədələnməsindən sonra “Barsa”nın yeni transferlərdən birini sifariş etmək hüququ var.

Bu məsələylə bağlı FİFA-dan “Barselona”ya məktub daxil olub. Məktubda bildirilib ki, Kataloniya klubu ilin sonuna kimi heç bir şərtlər altında yeni transferlərinin xidmətindən istifadə edə bilməz.

“Barselona”nın baş məşqçisi Luis Enrike FİFA-dan aldıqları məktuba üzüldüklərini bildirib:

“Çox təəssüf ki, FİFA-dan bizə verilən cavab xeyrimizə olmadı”.


Xəbər 891 dəfə oxundu.