"Qarabağ" "Kəpəz" səfərində, "Neftçi" "Xəzər Lənkəran"a qarşı YENİLƏNİR
Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.

İkinci oyun günündə daha iki görüş keçiriləcək.

Günün ilk qarşılaşması Gəncədə baş tutacaq. Son Azərbaycan çempionu "Qarabağ" "Kəpəz"in qonağı olacaq. Ağdam təmsilçisi səfərdə qələbə qazanmaqla liderliyini qorumaq niyyətindədir. Matç saat 16:30-da başlayacaq. Turun mərkəzi qarşılaşmasında "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edəcək. Bu görüşün start fiti saat 21:00-da veriləcək.

Qeyd edək ki, Premyer Liqada 5-ci tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.


20 sentyabr

16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
Gəncə şəhər stadionu

21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
8-ci km qəsəbə stadionu

Xəbər 728 dəfə oxundu.