"Qarabağ"ın hər üç rəqibi növbəti matçına çıxır
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan komandalar növbəti oyunlarına çıxacaq.

Hər üç rəqib - "Tottenhem", "Monako" və "Anderlext" bu gün ölkə çempionatında növbəti oyununu keçirəcək.

“Tottenhem” İngiltərə Premyer Liqasının 6-cı turunda öz meydanında “Kristal Palas”ı qəbul edəcək. “Monako” Fransa Liqasının 6-cı turunda doğma meydanda “Loryan”la qarşılaşacaq. “Anderlext” isə Belçika Liqasının 8-ci turunda “Şarleroy”un qonağı olacaq.

20 sentyabr
İngiltərə Premyer Liqası, 6-cı tur
17:30.”Tottenhem” – “Kristal Palas”

Fransa Liqası, 6-cı tur
20:00.“Monako” – “Loryan”

Belçika Liqası, 8-ci tur
21:00.”Şarleroy” – “Anderlext”

Xəbər 689 dəfə oxundu.