“Qalatasaray”da ciddi itki
“Qalatasaray”ın aparıcı üzvlərindən olan Burak Yılmaz superliqanın son turunda “Trabzonspor”la qarşılaşmada zədə alıb.

Matçın 64-cü dəqiqəsində ayağında ağrı hiss edən hücumçu Umut Bulutla əvəzlənməli olub.

Oyundan sonra tibbi müayindən keçən Burakın ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Bu o deməkdir ki, komandanın qol silahı superliqada “Qaziantepspor”, Çempionlar Liqasında isə “Astana” ilə oyunu buraxacaq.

Xəbər 659 dəfə oxundu.