"Barselona" bu xəbərlə sevindi
İspaniya La Liqasının ilk turunda "Atletiko" ilə görüşdə zədələnən "Barselona"nın müdafiəçisi Dani Alveş sağalıb.

Braziliyalı futbolçu komandanın son məşqinə qatılıb.

Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike şans verəcəyi təqdirdə 32 yaşlı futbolçu sabah "Levante" ilə oyunda iştirak edə biləcək.

Qeyd edək ki, sabah "Nou Kamp"da keçiriləcək "Barselona" - "Levante" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər 688 dəfə oxundu.