Mourinyo:"Oyundan sonra Çex üçün qapımız açıqdır"
Çelsinin baş məşqçisi Joze Mourinyo keçmiş yetirməsi , Arsenalın qapıçısı Petr Çexlə gözlənilən görüş haqda danışıb.

«Oyun qurtarana qədər bizim rəqibimizdir. Oyundan sonra isə tamamilə ayrı cür olacaq.

Əgər kimsə Çexin Çelsiyə qarşı oyunda mülayim olacağına inanırsa , superkubok qarşılaşmasını yada salmalıdır.O , bəlkə də başqa vaxtdakından daha çox qələbə qazanmaq istəyəcək.

Bir sözlə oyunun sonuna qədər bizim üçün Arsenalın qapıçısıdır. Oyundan sonra isə bizim soyunub-geyinmə otağımızı üzünə açıqdır», – Mourinyo qeyd edib.

Xəbər 769 dəfə oxundu.