"Qarabağ" "Kəpəz"ə, "Neftçi" "Xəzər Lənkəran"a qarşı (YENİLƏNİR)
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları dava edir.

İkinci oyun günündə daha iki görüş keçiriləcək.

Günün ilk qarşılaşması Gəncədə baş tutacaq. Son Azərbaycan çempionu "Qarabağ" "Kəpəz"in qonağı olacaq. Ağdam təmsilçisi səfərdə qələbə qazanmaqla liderliyini qorumaq niyyətindədir. Matç saat 16:30-da başlayacaq.

Turun maraqla gözlənilən görüşü paytaxtda keçiriləcək. Burada "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edəcək. "Neftçi" bu oyunda qələbə qazanmaqla liderlər sırasında qərarlaşmağa çalışacaq. Lənkəran təmsilçisi də səfərdən ən azı bir xalla ayrılmaq niyyətindədir. Bu görüşün start fiti saat 21:00-da veriləcək.

Qeyd edək ki, Premyer Liqada 5-ci tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.





20 sentyabr

Azərbaycan Premyer Liqası, 5-ci tur

16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
Gəncə şəhər stadionu

21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
8-ci km qəsəbə stadionu



21 sentyabr

21:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
Qəbələ şəhər stadionu



19 sentyabr

AZAL – “İnter” - 0:1
Qol: Nizami Hacıyev, 16
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
“Dalğa Arena”

“Zirə” – “Rəvan” - 2:1
Qol: Rəşad Abdullayev, 13-pen. (1:0), Yovan Krneta, 24 (2:0), Tural Qürbətov, 63 (2:1)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu

Xəbər 684 dəfə oxundu.