Yeni transferlərimiz legioner olacaq - Samir Əliyev
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” oyunundan əvvəl "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyevin iştirakı ilə brifinq baş tutub.

Bakı olimpiya stadionunda, komandanın bu günkü məşqindən əvvəl keçirilmiş brifinqdə gənc mütəxəssis media nümayəndələrinin suallarını cavablayıb:

“Xəzər Lənkəran”la matçda qalib gəlməyə borcluyuq. Bu, bizim üçün çox vacibdi. Sabah qazanılacaq qələbə futbolçularımızda özünəinam hissini daha da artıra bilər. Braziliyalı müdafiəçi Jayro Filyo komandada qalacaq. Növbəti oyuna qədər sifariş edəcəyik. Qışda isə bir-iki yeni futbolçu almalıyıq. Daha çox gənclərə şans veririk, amma böyük ehtimalla yeni transferlərimiz legioner olacaq. Qışa qədər həm də hansı mövqelərin güclənməyə ehtiyacı olduğunu müəyyənləşdirəcəyik”.

Xəbər 663 dəfə oxundu.