Emin Quliyev: "Biz qolu rəqibə hədiyyə edirik"
Premyer Liqanın V turunda “Rəvan”ı qəbul edən “Zirə” 2-1 hesablı qələbə qazandı.

Oyundan sonra "Rəvan"ın baş məşqçisi Emin Quliyev bunları qeyd edib:

"İlk hissədə oyunçularımdan narazı qalsam da, ikinci hissəyə görə onlara təşəkkür edirəm. Müdafiədə problemlərimiz var, bunu həll etməliyik. Biz qolu rəqibə hədiyyə edirik. Hələlik, komandada hücumçu yoxdur, ona görə də məcburiyyətdən Fəridi oynadıram”.

Xəbər 820 dəfə oxundu.